AZ

Əlisəmid Kürün səhhətində irəliləyiş var, dövlət qurumları ona dəstək verir - AÇIQLAMA

BAKI, 20 sentyabr. TELEQRAF

"Atamın səhhəti yaxşılaşır".

Bu sözləri Teleqraf-a şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva atasının son durumundan danışarkən deyib.

O, dövlət qurumlarından atasına dəstək verildiyini bildirib: "Atam Yazıçılar Birliyinin Mədəniyyət Nazirliyinə müraciətindən sonra Respublika Diaqnostika Mərkəzindən Respublika Klinik Xəstəxanasına köçürüldü".

Əlisəmid Kürün müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir. O, sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.

Seçilən
32
teleqraf.com

1Mənbələr