AZ

Paşinyan: 1 il 7 aydır sərhəddə itki yoxdur – Ermənistan yeni sülh dövrünə qədəm qoydu

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin tarixində mühüm mərhələyə qədəm qoyduğunu bəyan edib. 

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, artıq 1 il 7 aydır Ermənistan-Azərbaycan sərhədində heç bir əsgər həlak olmayıb və yaralanmayıb.

"Bu - sülhdür. Müstəqillik əldə etdiyimiz gündən bəri belə dövr olmamışdı. Bu, sülhdür və gələcək illərdə də davam etməlidir", - deyə Paşinyan vurğulayıb.

Baş nazir qeyd edib ki, Ermənistan yeni bir eraya daxil olub. Onun sözlərinə görə, 8 avqust tarixi uzunmüddətli prosesin zirvəsi və iki ölkə arasında sabitliyin təsdiqi kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
52
1
olaylar.az

2Mənbələr