AZ

Monika Belluçi 3 illik sevgilisindən ayrıldı - FOTO

Məşhur italyan aktrisa və model Monika Belluçi 3 illik sevgisini sonlandırıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, 60 yaşlı aktrisa özündən 7 yaş böyük amerikalı rejissor sevgilisi Tim Burtondan ayrılıb.

Cütlük yaydıqları birgə bəyanatda bir-birlərinə dərin hörmət və məhəbbətlərini ifadə edərək, ayrılmaq qərarına gəldiklərini açıqlayıblar. 

2006-cı ildən tanış olan cütlük 2022-ci ilin oktyabrında Fransanın “Lumiere” Film Festivalında romantik münasibətə başlayıb. 

Monika Belluçi 2024-cü ildə Tim burtonun çəkdiyi “Beetlejuice Beetlejuice” fantastik filmində rol alıb.

Billurə

Seçilən
8
2
paralel.az

3Mənbələr