ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sentyabrın 22-də 10 ölkə BMT Baş Assambleyasında Fələstin dövlətini tanımağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə France-Presse (AFP) agentliyi məlumat yayıb.
“Fələstin dövlətinin tanınması istiqamətində hərəkətə keçməyə qərar verən 10 ölkə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçiriləcək konfransda təmsil olunacaq. Söhbət Fransa, Böyük Britaniya, Kanada, Belçika, Avstraliya, Portuqaliya, Malta, Lüksemburq, Andorra və San Marinodan gedir”, – deyə bildirilib.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron da Fələstini dövlət kimi tanımağa hazır olduğunu bəyan edib.
Sentyabrın 19-da “Politico” nəşri yazıb ki, İsrail hakimiyyəti Fransa hökumətinin mümkün addımına sərt cavab hazırlayır.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.