AZ

Fiziyev Oliveyra ilə döyüşə bilməyəcək

Azərbaycan idmançısı Rafael Fiziyev Rio-de-Janeyroda keçiriləcək UFC Fight Night 261 turnirində döyüşə çıxmayacaq.

Publika.az xəbər verir ki, məlumatı “MMA Fighting” saytı yayıb.

Fiziyev zədələndiyi üçün braziliyalı Çarlz Oliveyraya qarşılaşa bilməyəcək.

11 oktyabrda yüngül çəki dərəcəsində nəzərdə tutulan bu qarşılaşma UFC turnirinin əsas döyüşü olmalı idi. UFC-nin yüngül çəki reytinqində Oliveyra 4-cü, Fiziyev isə 10-cu yerdədir.

Seçilən
53
2
publika.az

3Mənbələr