AZ

Zərdabda kriminal həyat tərzinin təbliği ilə məşğul olan şəxs saxlanıldı

Zərdabda kriminal həyat tərzinin təbliği və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Yenisabah.az  xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində cinayət törətməyə meyilli, o cümlədən kriminal həyat tərzinin təbliği ilə məşğul olan əvvəllər məhkum olunmuş Rafiq Qurbanzadə saxlanılıb.

Ondan külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb. pizza hut

Faktla bağlı cinayət işi başlanıb, R.Qurbanzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, polis əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində daha 5 nəfər də tutularaq cinayət məsuliyyətinə cəlb olunublar.


Telegram kanalımız
Seçilən
27
21
yenisabah.az

10Mənbələr