AZ

Hatçins-Everett "Sumqayıt"da

"Sumqayıt" basketbol klubu növbəti transferini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi amerikalı oyunçu Elayca Hatçins-Everetti heyətinə qatıb.

23 yaşlı basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

211 sm boya malik basketbolçu mərkəz mövqeyində oynayır. 2021-ci ildə ABŞ-nin "Ostin Pi Qaverners" klubunda karyerasına başlayan Elayca 2 il sonra "Seton Holl Payrets" komandasına keçib. O, ötən mövsüm "Ceyms Meddison Dyuks" kollektivinin üzvü olub. Hatçins-Everett ötən mövsüm hər oyuna orta hesabla 11,4 xal və 5,9 ribaundla yadda qalıb.

Seçilən
47
5
fanat.az

8Mənbələr