"Sumqayıt" basketbol klubu növbəti transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi amerikalı oyunçu Elayca Hatçins-Everetti heyətinə qatıb.
23 yaşlı basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
211 sm boya malik basketbolçu mərkəz mövqeyində oynayır. 2021-ci ildə ABŞ-nin "Ostin Pi Qaverners" klubunda karyerasına başlayan Elayca 2 il sonra "Seton Holl Payrets" komandasına keçib. O, ötən mövsüm "Ceyms Meddison Dyuks" kollektivinin üzvü olub. Hatçins-Everett ötən mövsüm hər oyuna orta hesabla 11,4 xal və 5,9 ribaundla yadda qalıb.