AZ

Şəmistan Nəzirli vəfat edib

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Polkovnik-leytenant ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil vəfat edib

Azərbaycan Hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin araşdırıcısı, “Qazax” Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polkovnik-leytenant Şəmistan Nəzirli vəfat edib. 

AYNA.AZ xəbər verir ki, bu barədə "Qazax" Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif bildirib.

Ş.Nəzirli bu gün səhər saatlarında Qazaxda ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil vəfat edib.

Ş.Nəzirlinin nəşi Qazaxdan Bakıya yola salınıb. Dəfn yeri və saatı haqqında əlavə məlumat veriləcək.

Qeyd edək ki, Ş.Nəzirli 1942-ci ildə Ermənistan SSR Lori mahalının Yuxarı Körpülü kəndində anadan olub. 

Allah rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
13
ayna.az

10Mənbələr