AZ

Paşinyan 5 il əvvəl niyə “Artsax Ermənistandır və nöqtə” deyib? – Səbəbini açıqladı


“2019-cu ildə dediyim “Artsax Ermənistandır və nöqtə” bəyanatı Sovet dövründə formalaşmış vətənpərvərlik modelindən qaynaqlanırdı”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Ermənistanın Baş Naziri Nikol Paşinyan sentyabrın 20-də Vətəndaş Müqaviləsi Partiyasının qurultayında çıxış edərkən deyib.
Nikol Paşinyan qurultayındakı çıxışı zamanı 2019-cu ildə verdiyi “Artsax Ermənistandır və nöqtə” bəyanatına aydınlıq gətirib.
Paşinyan bildirib ki, o dövrdə belə danışmasının əsas səbəbi vətənpərvərlik hissləri olub: “Mən bu sözləri vətənpərvər olduğum üçün dedim. Bu gün də eyni vətənpərvərəm. Amma məsələ ondadır ki, vətənpərvərlik modelimiz dəyişib”.
Baş nazir qeyd edib ki, illərlə Ermənistanda mövcud olan vətənpərvərlik anlayışı Sovet İttifaqı rəhbərlərinin – Stalin, Xruşşov və Brejnevin təsiri ilə formalaşıb. Onun sözlərinə görə, 1940-1980-ci illərdə yazılmış kitablar, mahnılar, şeirlər və tamaşalar da bu modelin daşıyıcısı olub. Bütün yaradıcı məhsullar Sovet senzurasından – “Qlavlitin” nəzarətindən keçdiyi üçün nəticədə imperiya siyasətini təbliğ edib.
Paşinyan vurğulayıb ki, bu model Ermənistan SSR-də vətənpərvərlik ideyalarının respublika hüdudlarından kənara yönəldilməsinə xidmət edib və yerli, milli ideyaların qarşısını alıb.
“Bu ideologiya onilliklər boyu tətbiq olunub və nəticədə Qarabağ hərəkatına gətirib çıxarıb. Hamımız, o cümlədən mən, bu sosial psixologiyanın daşıyıcıları olmuşuq”, – o deyib.
Baş nazir əlavə edib ki, Sovet İttifaqının formalaşdırdığı bu düşüncə tərzi 1990-cı illərdə də Ermənistan cəmiyyətinə ötürülüb və əsas məqsəd müstəqil Ermənistanın mövcudluğunu qeyri-mümkün göstərmək olub.
“Çünki münaqişə şəraitində olan ölkə həqiqi müstəqillik qura bilməzdi”, – Paşinyan qeyd edib.
Seçilən
46
9
yeniavaz.com

10Mənbələr