AZ

21 min əhalinin yaşadığı yolda təmir işləri niyə yarımçıq qalıb? - VİDEO

May ayında təmirə başlanılıb, sonra işlər yarımçıq saxlanılıb. Ssöhbət Tovuz rayonunun Çatax kəndini Gədəbəy rayonunun Novosaratovka kəndi ilə birləşdirən yoldan gedir.

Sakinlər deyirlər ki, 21 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Çatax, Çeşməli, Mollalar, Məşədivəlilər, Həsənli, Abbasqulular, Papaqçılar, Güvəndik, Lazılar, Novosaratovka avtomobil yolunun əsaslı təmiri dayandırılıb.

Tovuzun ucqar dağ kəndlərindən olan Lazılar kəndində isə torpaq işləri, yolun hamarlanması işləri yarımçıq dayandırılıb. Sakinlər bildirirlər ki, bura ucqar dağlıq ərazi olduğu üçün havalar tez soyuyur və yağmurlu havalarda yol avtomobil və piyadalar üçün keçilməz olur.

Sakinlərin sözlərinə görə, 2 aydan çoxdur ki, ərazidə işçi qüvvəsi və texnika yoxdur.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinindən "Xəzər Xəbər"ə bildirilib ki, ayrılan vəsait üzrə bu il görüləcək işlər tamamlanıb. Qeyd edilib ki, sözügedən yollar IV, bəzi sahələrdə isə V texniki dərəcəyə uyğun şəkildə yenidən qurulacaq.


 

Seçilən
28
3
hit.az

4Mənbələr