AZ

Rusiyanın Dnepropetrovskə hücumu nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb - Yenilənib

Rusiyanın Dnepropetrovskə hücumu nəticəsində yaralıların sayı 30-a çatıb...

APA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

***

Rusiyanın Dnepropetrovskə hücumu nəticəsində yaralıların sayı 26-ya çatıb.

APA "Unian"a istinadən xəbər verir, yaralılardan 14-ü xəstəxanaya yerləşdirilib.

Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir.

***

Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinə endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 10-dan çoxu şəxs yaralanıb.

APA xəbər verir ki, bu haqda Dnepropetrovsk Regional Dövlət Administrasiyasının sədri Sergey Lısak məlumat verib.

"Bir nəfər həlak olub. Daha 13 nəfər yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyəti orta ağırdır və xəstəxanaya yerləşdirilib. Bir nəfərin vəziyyəti ağırdır", - Lısak bildirib.

Dnepr və ətraf ərazilərdə bir neçə yanğının baş verdiyi bildirilir. Çoxmərtəbəli binaya, fərdi evlərə, yardımçı tikililərə və qarajlara, sənaye obyektlərinə ziyan dəyib.

Poliqon.info

Seçilən
62
6
poliqon.info

10Mənbələr