AZ

Zidanın oğlu milliyə çağırıldı

“Qranada”nın qapıçısı Luka Zidan Əlcəzair millisinə dəvət alıb.

Msport.az xəbər verir ki, o, dəvəti qəbul edib.

Əfsanəvi futbolçu Zinəddin Zidanın oğlu olan 27 yaşlı Luka əvvəllər Fransanın gənclərdən ibarət milli komandalarında çıxış edib. Onun beynəlxalq səviyyədə 30 oyunu var və 2015-ci ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi olub.

Zinəddin Zidanın digər oğlu Elyas “Betis”də müdafiəçi kimi çıxış edir, 20 yaşadək futbolçular arasında dünya çempionatı üçün Fransa millisi tərəfindən dəvət alıb.

Qeyd edək ki, əslən əlcəzairli olan Zinəddin Zidan özü Fransa millisində oynayıb.

Seçilən
42
21
msport.az

10Mənbələr