AZ

Mars və Ayda hansı bitkinin yetişdiyi açıqlandı

Böyük Britaniyanın Kent Universitetinin alimləri sübut ediblər ki, Ayın torpağında çay yetişdirmək mümkündür.

Teleqraf xəbər verir ki, təcrübə Britaniyanın “Dartmoor Tea”, “Lightcurve Films” və “Europlanet” təşkilatlarının iştirakı ilə həyata keçirilib.

Təcrübənin nəticələri “Space Agriculture Workshop” (SAW) elmi konfransında açıqlanıb.

Çay fidanları Ay və Marsdakı kimi torpaqlarda əkilib. Bunun üçün oradakılara yaxın şərait də təmin edilib. Nəticə gözlənilməz olub: çay fidanları Ayda kök salıb, amma digər Yerdəkindən daha az böyüyüb.

“Mars”da əkilənlər isə quruyub.

“Təcrübənin nəticələri onu deməyə əsas verir ki, insanlar gələcəkdə Aya ensələr, özlərini qida ilə təmin etmək üçün çay və digər məhsullar yetişdirə və Britaniya çay mədəniyyətini qura bilərlər”, - tədqiqata rəhbərlik edən professor Naycel Meyson bildirib.

Sara Lopes-Qomolyon əlavə edib: “Biz çayın Ayın səthində yetişdirilə biləcəyini kəşf etməklə ilk addımı atdıq. Növbəti addım bu şəraitdə bitkilərin fiziologiyasını anlamaqdır. Bu, onların böyüməsini yaxşılaşdırmağa və öyrənilən təcrübələri digər bitkilərə tətbiq etməyə imkan verəcək”.
Seçilən
36
1
sherg.az

2Mənbələr