Olaylar.az xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.
"Fransa, Böyük Britaniya, ABŞ, Almaniya, Hollandiya, İsveç, Norveç, Çexiya, Portuqaliya və İtaliya pilotsuz uçan aparatların hücumundan sonra Polşaya əlavə yardım elan ediblər ", - deyə o bildirib.
Qeyd edək ki, NATO-nun baş katibi Mark Rutte sentyabrın 12-də "Şərq Mühafizəsi" əməliyyatının başladığını bildirib.
Məlumata görə, əməliyyatın başlanması sentyabrın 10-na keçən gecə bir neçə pilotsuz təyyarənin Polşaya daxil olması ilə bağlıdır. Varşava rəsmiləri insidentdə Rusiyanı günahlandırsalar da, hələ də sübut təqdim etməyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31