ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin başa çatması haqqında yekun sənədin olmayacağını ehtimal edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Ukrayna liderinin sözlərinə görə, sülh müqaviləsinin bu və ya digər ssenari üzrə imzalanması barədə söhbətlər ritorikdir.
V.Zelenski əmindir ki, təhlükəsizlik zəmanətləri müharibənin başa çatması haqqında ehtimal olunan müqavilədən daha əvvəl lazımdır.
"Heç kim "Koreya", "Finlandiya" və ya hər hansı başqa modeli nəzərdən keçirmir", - o qeyd edib.
V.Zelenski bildirib ki, Ukraynada fərdi yanaşma tələb edən xüsusi vəziyyət yaranıb: "Biz hansı təhlükəsizlik zəmanətlərinin bizim üçün vacib olduğunu bilirik".
Ukrayna Prezidenti, həmçinin vurğulayıb ki, təhlükəsizlik zəmanətləri müharibənin bitməsini gözləməməlidir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.