AZ

"Yalnız sülh" – Erməni analarının Paşinyana çağırışı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində birmənalı qarşılanmayan siyasəti ilə bağlı maraqlı etiraf edib.

Musavat.com-un məlumatına görə o bildirib ki, hərçənd bir çoxları onu “xəyanət”də ittiham edib, lakin erməni əsgərlərinin anaları ona müharibəni dayandırdığı və on minlərlə gəncin həyatını xilas etdiyi üçün təşəkkür ediblər.

“Mən etiraz etdim – bəs minlərlə həlak olan necə olsun, müharibənin başlanmasına qədər niyə qarşısı alınmadı? Onlar cavab verdilər ki, həmin anda heç kim bunu anlamazdı, itkilər iki-üç dəfə çox olardı və Ermənistanı xilas etmək mümkün olmazdı. Mən yenə etiraz etdim – bəs Ermənistanın gələcəyi hələ də qeyri-müəyyəndir. Onlar isə ikinci dəfə cavab verdilər: Sülh. Gedin sülhün arxasınca. Yalnız sülh, ancaq sülh”, – deyə Paşinyan jurnalistlərə bildirib.

Musavat.com

Seçilən
46
7
musavat.com

10Mənbələr