AZ

Kadırovun saatı Putini qəzəbləndirdi - koordinator təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbərinin dəbdəbəli həyat tərzi ilə bağlı qalmaqallardan sonra Ramzan Kadırova koordinator təyin edib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya mediası Kremldəki mənbəyə istinadla məlumat yayıb.

İddiaya görə, Kadırovlar ailəsi ilə bağlı silsilə insidentlərdən sonra Kremldə qapalı keçirilən iclasda şifahi xəbərdarlıqların artıq kifayət etmədiyi, daimi nəzarətin yaradılması qərara alınıb.

"Koordinatora sosial mediada, KİV-də və birbaşa respublikada dəbdəbəli həyat tərzinin ictimai nümayişinə nəzarət etmək tapşırılıb. Ən kiçik pozuntu heç bir vasitəçi birbaşa prezidentə çatdırılacaq", - mənbə qeyd edib.

Putinlə Kadırov arasında münasibətlər Çeçenistan liderinin oğlu, respublika parlamentinin deputatı Adam Kadırovun toyundan sonra pisləşib.

Putin və Kadırov arasında iki saatlıq söhbət zamanı sonuncuya sentyabr ayına qədər dəbdəbəli nümayişlərə qadağa qoyulub. Lakin bu söhbətdən iki həftə sonra sosial şəbəkələrdə Adam Kadırovun brilyant saatlarının fotoları yayılıb. Bu addım Vladimir Putinin son dərəcə sərt reaksiyasına səbəb olub. Mənbələr iddia edir ki, prezident xəbərdarlıq edib ki, pozuntu təkrarlanarsa, Çeçenistan liderinin istefası məsələsi sərt şəkildə qaldırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
2
olaylar.az

3Mənbələr