Siqareti buraxmaq çətin ola bilər, amma düzgün qidalanma bu prosesi asanlaşdıra bilər. Araşdırmalar nəticəsində nikotini bədəndən sürətlə çıxarmaq üçün bəzi faydalı qidalar məlum olub.
E-saglam.az onların siyahısını sizə təqdim edir:
Kələm: Zəhərli maddələrin çıxarılmasını sürətləndirir, həzmə kömək edir.
Limon: Bədəni təmizləyir, dəri sağlamlığını yaxşılaşdırır.
Yerkökü: Göz sağlamlığını qoruyan karoten ehtiva edir.
Nar: Qanı toksinlərdən təmizləyir, yeni hüceyrələrin əmələ gəlməsini stimullaşdırır.
Zəncəfil: Bədəni toksinlərdən təmizləyir, qan damarlarını gücləndirir.
İspanaq: Askorbin turşusu və fol turşusu ilə zəngindir, sinir və immun sisteminə faydalıdır.
Portağal: C vitamini ilə daxili orqanları qoruyur, toksinləri neytrallaşdırır.
Brokoli: Turşu-baz tarazlığını bərpa edir, beyin və damar sistemini gücləndirir.
Buğda Cücəri: E vitamini ilə qan damarlarını qoruyur.
Yaban Mersini: Nikotin turşusunu neytrallaşdırır, bədəni sakitləşdirir və təmizləyir.
Siqaret çəkmədən nikotindən qurtulmaq mümkündür, amma bunu düzgün qida, sağlam həyat tərzi və peşəkar məsləhətlərlə birlikdə etmək lazımdır. Özbaşına müalicə təhlükəlidir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az