AZ

Jurnalist Şəmistan Nəzirli vəfat edib

Hərbi jurnalist, nasir Şəmistan Nəzirli 83 yaşında vəfat edib.Bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

Onun bu gün Üzeyir Hacıbəylinin doğum günü münasibətilə keçiriləcək tədbirlə bağlı Qazaxa getdiyi və orada vəfat etdiyi bildirilir. 

Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Yuxarı Körpülü kəndində anadan olub. AzTV-də, Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində və digər qurumlarda fəaliyyət göstərib.

2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Seçilən
75
6
anews.az

7Mənbələr