AZ

Bakı sakinlərinə Formula1 sürprizi YARIŞLAR 2030 dək DAVAM EDƏCƏK

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Formula 1” üzrə Azərbaycan Qran-prisi daha 5 il ərzində keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bakı Şəhər Halqası 2016-cı ildə Avropa Qran-prisi adı ilə “Formula 1” təqvimində debüt edib, 2017-ci ildən isə Azərbaycan Qran-prisi adı ilə təqvimin daimi mərhələsi olub. Ötən il keçirilən yarış 70-dən çox ölkədən azarkeşi qarşılayıb və 66 milyondan çox qlobal televiziya tamaşaçısını cəlb edib.

İndiyədək təşkil olunan səkkiz yarışda yeddi fərqli qalibi olan Azərbaycan Qran-prisi “Formula 1” təqviminin ən mübarizəli yarışlarından birinə çevrilib. Meksikalı Serxio Peres Bakıda iki dəfə qalib gələn yeganə pilotdur. Hazırkı pilotlardan üçü – Lüis Hemilton, Maks Ferstappen və Oskar Piastri Bakıda qələbə qazana biliblər.

Rəsmi imzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, “Formula 1”in prezidenti Stefano Domenikalı və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev iştirak ediblər.

Qeyd edək ki, cari Azərbaycan Qran-prisinə sentyabrın 21-də yekun vurulacaq.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
9
icma.az

10Mənbələr