AZ

Formula 1: Sıralama turu başladı, sürücülərin əsas yarış üçün mövqeləri müəyyənləşir

BAKI,TurkicWorld

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 1 üzrə sıralama turu start götürüb.

TurkicWorld xəbər verir ki, yarışda 10 komanda və 20 sürücü iştirak edir.

Sıralama turu nəticəsində sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.

Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə "McLaren"dən britaniyalı Lando Norris birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Seçilən
81
11
turkic.world

10Mənbələr