AZ

Avtoxuliqanlıq edərək videosunu sosial şəbəkədə yayan həbs olundu

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan Vahid Abdullayev müəyyən edilərək saxlanılıb.

Publika.az xəbər verir ki, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. V.Abdullayev barəsində toplanmış material məhkəməyə göndərilib. O, məhkəmənin qərarına əsasən 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Seçilən
28
14
publika.az

10Mənbələr