Bakı, 20 sentyabr, AZƏRTAC
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiarların və “İnklüziv DOST” könüllülərinin iştirakı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş fləş-mob keçirilib.
AZƏRTAC xəbər verir ki, həssas qruplardan olan uşaq və yeniyetmələr tariximizə hörmət, vətənə bağlılıqlarını özlərinə məxsus şəkildə nümayiş etdiriblər.
“Bayatı-Şiraz” muğamından parçanı Mərkəzin görmə məhdudiyyətli benefisiarı Müslüm Müslümzadə səsləndirib.