"İmişli" Misli Premyer Liqasında ilk böyükhesablı qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, bu, V turun “Karvan-Yevlax”la matçına təsadüf edib.
Jorje Kaşkilyanın çalışdırdığı komanda səfərdə 3 cavabsız qolla yadda qalıb. Aran təmsilçisi yarışın tarixinə böyükhesablı qələbə sevinci yaşayan 54-cü komanda kimi düşüb. İndiyədək çempionatda oynamış klublardan yalnız 9-u belə qələbə əldə etməyib.
Qeyd edək ki, “Karvan-Yevlax” ikinci böyükhesablı məğlubiyyətini alıb.