AZ

Naxçıvanda avtobus dərəyə aşdı - 15-dən çox yaralı var - Yenilənib 

Naxçıvanda ağır yol qəzası baş verib, 15-dən çox yaralı var...

Poliqon xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var.

Naxçıvan MR Səhiyyə Nazirliyindən bildirilib ki, Naxçıvan Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə 16 nəfər xəstə yerləşdirilib.

"Onların vəziyyətinin ağırlıq dərəcəsi hazırda müəyyənləşdirilir"- əlavə edilib.

***

Poliqon xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var.

Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.

Ətraflı məlumat veriləcək.

Poliqon.info

Seçilən
38
27
poliqon.info

10Mənbələr