AZ

Naxçıvan-Bakı avtobusu dərəyə aşıb, 16 nəfər yaralanıb

Qəzaya düşən avtobus Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 15 sərnişin və 1 nəfər avtobus sürücüsü xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

***

Naxçıvanda ağır qəza baş verib, 15-dən çox yaralı var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var.

Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.

Seçilən
10
7
operativmm.az

10Mənbələr