AZ

Avtobus bir göz qırpımında idarəetməni itirdi...

Avtobus bir göz qırpımında idarəetməni itirdi. Oturacaqdan qalxıb yerə yıxıldım, başım qapıya dəydi.

 

Modern.az xəbər verir ki, bu sözləri Naxçıvan-Bakı istiqamətində hərəkət edən zaman qəzaya düşən avtobusun sərnişini deyib. O qeyd edib ki, özünə gələndə hərəni bir tərəfdə görüb: "Birinin qolu qırılmışdı, o birinin ayağı... Həmin vaxt təcili tibbi yardım çağırmışdılar. Onlar da vaxtında gəlib tibbi yardım göstərdilər, sağ olsunlar. Hazırda vəziyyətimiz yaxşıdır".

 

Qeyd edək ki, bu gün günorta saatlarında Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb, yaralılar var. (Mənbə: Azərtac)

Seçilən
15
13
modern.az

10Mənbələr