AZ

Daha bir soydaşımız şəhid oldu

Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda daha bir soydaşımız şəhid olub.

XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, 30 mart 1987-ci ildə dünyaya gələn Tofiq Tahir oğlu Həsənov Xarkov vilayətinin Ternova kəndində döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib.

Ukrayna ordusunun hərbçisi olan Tahir Həsənov dronlar üzrə operator, aparıcı mütəxəssis olub.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya-Ukrayna müharibəsində Rasim Kazımov və Əfqan Orucov da döyüşlər zamanı həlak olublar.

Xəbər 4 dəfə oxunub.
Seçilən
50
16
xezernews.az

10Mənbələr