AZ

Məktəb qrant layihələrinə ayrılan milyonları kimlər mənimsəyir?

Sabiq millət vəkili Etibar Əliyev sosial şəbəkədə diqqətçəkən açıqlama ilə çıxış edib.

XəzərNews.az xəbər verir ki, o, Dünya Bankının Təhsil Sektorunun İnkişafı Layihəsinə ayırdığı 26 milyon dollar vəsaitin hesabına bəzi şəxslərin milyonçuya çevrildiyini bildirib.

Etibar Əliyevin sözlərinə görə, həmin vəsaitlərdən yararlananlardan biri hazırda Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri olan Elvin Rüstəmov, digəri isə Yavər Məmmədov olub.

Sabiq deputat iddia edir ki, Elvin Rüstəmov bu gün də məktəb qrant layihələrinə ayrılan milyonlarla vəsaitin mənimsənilməsində əsas fiqurlardan biridir.


Xəbər 4 dəfə oxunub.
Seçilən
52
xezernews.az

1Mənbələr