AZ

Vətən uğrunda canını sipər edən leytenant - Şəhidin övladı atasının yolunu davam etdirmək istəyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV antiterror tədbirlərində igidlik göstərərək şəhid olan Fərid Mirzəyev haqqında reportaj hazırlayıb.
Şəhidin həyat yoldaşı Rəşidə Mirzəyeva bildirib ki, Fərid Mirzəyev 19 sentyabrda həyata keçirilən lokal antiterror tədbirlərində ərazi bütövlüyümüzün təminatı uğrunda canı və qanı bahasına döyüşüb.
"İndi övladımız da atasının arzularını həyata keçirmək istəyir. Həmişə "mən də atam kimi döyüşçü olacağam" deyir", - Rəşidə Mirzəyeva əlavə edib.
Şəhidin atası Namiq Mirzəyev isə oğlunun qəhrəmanlığından bəhs edib:
"Fərid taqım komandiri kimi şəhid olub. Onun gözündə qorxu yox idi. Döyüş yoldaşları "komandir, sənin uşaqların var, arxada get" desələr də, öndə döyüşərək şəhid olub".
Ətraflı süjetdə:
Seçilən
35
2
oxu.az

3Mənbələr