AZ

Hər qadın 21 yaşından sonra bu testi mütləq etdirməlidir

Dünya üzrə hər il təxminən 1,5 milyon qadına ginekoloji xərçəng diaqnozu qoyulur, Hər il dünya üzrə 680 min qadın ginekoloji xərçənglər səbəbindən həyatını itirir.

Dünya üzrə qadın xərçəngləri arasında dördüncü sırada olan uşaqlıq boynu xərçəngində əsas risk faktoru HPV (Human Papilloma Virus) infeksiyasıdır. Bu virus uşaqlıq boynu hüceyrələrində mutasiyaya səbəb olaraq xərçəngin yaranmasına yol açır.

Risk faktorlarına siqaret çəkmək, erkən yaşda cinsi əlaqə, çoxsaylı cinsi partnyorlar, erkən hamiləlik, çox doğum, zəif immun sistemi, kortizon müalicəsi və genetik meyllər daxildir. Ən erkən simptomlar arasında ara qanamalar və cinsi əlaqə zamanı və ya sonrasında qanamalar olur.

Uşaqlıq boynu xərçəngi HPV vaksini və müntəzəm skrininqlə önlənə bilən xərçəng növüdür. HPV vaksini bu xərçəngdən qorunmada ən təsirli üsuldur və 11-12 yaşlarında tətbiq olunması tövsiyə edilir. 13-26 yaş arası qadınlar da vaksindən yararlana bilər, bəzi hallarda 26-45 yaş arası tətbiq edilə bilər.

PAP Smear testi 21 yaşından başlayaraq, 65 yaşa qədər hər 3 ildən bir edilməlidir. 30 yaşdan sonra HPV testi ilə birgə primer skrininq tövsiyə olunur. Normal nəticə olduqda növbəti test 5 ildən bir təkrarlanır. Riskli hallarda interval daha qısa ola bilər.

Uşaqlıq xərçəngi hər il təxminən 7,800 qadında diaqnoz olunur. Menopoz dövründə daha çox rast gəlinir. Əsas risk faktorları estrogen hormonuna yüksək məruz qalmaq, obezite, hormon müalicələri və yumurtalıqda hormon ifraz edən şişlərdir. Digər faktorlar arasında erkən menstruasiya, gec menopoz, doğum etməmək və digər hormonal təsirlər var.

Anormal vajinal qanamalar uşaqlıq xərçənginin ən önəmli simptomudur. Hər ay normal menstruasiya xaricində qanamalar və ya menopoz dövründə qanamalar olarsa, həkimə müraciət edilməlidir. Erkən mərhələdə aşkarlanan xərçəngdə müalicə şansı 95%-dən yüksəkdir.

Dünyada üçüncü ən çox rast gəlinən ginekoloji xərçəng növü olan yumurtalıq xərçənginin risk faktorları arasında irsi xərçəng tarixçəsi, heç doğum etməmək, erkən menstruasiya, gec menopoz, menopoz zamanı hormon istifadəsi və bəzi xəstəliklər yer alır.

Erkən mərhələdə müalicənin uğur şansı 90%-dən çoxdur. Standart müalicə uşaqlıq, yumurtalıqlar və omentum adı verilən yağlı toxumanın çıxarılması və lenf düyünlərinin götürülməsini əhatə edir. Lazım olduqda əlavə olaraq kemoterapi və ya ağıllı dərmanlar tətbiq olunur. Yumurtalıq xərçəngi üçün hazırda qəbul edilmiş geniş skrininq proqramı yoxdur, lakin müntəzəm ginekoloji müayinələr erkən aşkarlama imkanı verir.

Həkimlər vurğulayır ki, bütün qadınlar 21 yaşından etibarən müntəzəm ginekoloji müayinələr və PAP Smear testini etməli, HPV vaksinini vaxtında vurdurmalıdır. Bu, həyatını xilas edə biləcək ən vacib addımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
2
olaylar.az

3Mənbələr