AZ

Ozan Can Kökçü “Ekselsior”a məğlubiyyətə üzüldü

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 6-cı turunda “Ekselsior”la qarşılaşıb.

“Volendam” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Ozan fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

“Volendam” 6 turdan sonra 4 xalla 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb. Ozan bu oyunların hamısında iştirak edib, 1 qol vurub.

Xatırladaq ki, Özan Can Kökçü bu ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, 2024-cü il iyul ayından HJK-da çıxış edirdi. Ozan həmin vaxt Finlandiya klubu ilə 2,5 illik müqaviləyə imza atmışdı. Millimizin üzvü bu komandanın heyətində 26 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 13 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

error: Məzmun qorunur!
Seçilən
26
15
arena.az

10Mənbələr