MLS-də növbəti qarşılaşmalar baş tutub.
Publika.az xəbər verir ki, “İnter Mayami” “DC Yunayted”i məğlub edib (3:2). Lionel Messi iki qol vurub və bir assist edib.
Messi hazırda çempionatın ən yaxşı bombardiridir. O, bu mövsüm 22 qol vurub.
“Neşvilli” Sem Surric 21 qolla qolla ikincidir. “Los-Anceles”in qabonlu hücumçusu Denis Buanqa 19 qolla üçüncüdür.