AZ

Ruslar kütləvi şəkildə xarici avtomobil alır - SƏBƏB

Rusiyada utilizasiya rüsumunun artırılması xəbərləri fonunda insanlar avtomobil almağa başlayıblar: son bir həftədə diler salonlarında satışlar 36% artıb. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu “Rolf” şirkətinin yeni avtomobillərin satışı departamentinin direktoru Nikolay İvanov bildirib. Onun sözlərinə görə, paralel idxal olunan avtomobillərin həcmi 55% artıb. “Əminliklə deyə bilərəm ki, yeni avtomobillərə tələbat son günlərdə kəskin şəkildə yüksəlib. Bu da utilizasiya rüsumunun yeni hesablanma formulu barədə mediada yayılan xəbərlərlə bağlıdır”, – deyə İvanov qeyd edib. Mənbələrin məlumatına görə, xaricdən gətirilən avtomobillərə tələbat 300% artıb. Ruslar Yaponiyadan, Cənubi Koreyadan və Almaniyadan son əlçatan xarici avtomobilləri kütləvi şəkildə alır. Hazırda paromlarda və gömrük rəsmiləşdirməsində böyük növbələr müşahidə olunur.

Seçilən
6
3
avtosfer.az

4Mənbələr