AZ

Ukrayna “ölüm dronu”nu TƏQDİM ETDİ Rusiyanı 2100 km dən VURACAQ

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukraynanın pilotsuz təyyarə istehsalçısı "Warbirds of Ukraine" şirkəti "Brave1 Defense Tech Valley 2025" sərgisində yeni uzun mənzilli kamikadze dronu "Zozulya"nı təqdim edib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, dron 2100 km-ə qədər məsafədə Rusiyanın dərindəki hədəflərinə zərbələr endirmək üçün nəzərdə tutulub.

Dronun kruiz sürəti 130 km/saat, maksimal sürəti isə 180 km/saatdır. "Zozulya" 10-50 kq ağırlığında döyüş başlığı daşıya bilir. Məsələn, 10-15 kq-lıq döyüş başlığını 2100 km-dən çox məsafəyə çatdıra bildiyi halda, maksimum 50 kq-lıq başlıq üçün bu məsafə 1100 km-ə qədərdir.

Dron vizual naviqasiya sistemi ilə təchiz olunub. Uçuş nəzarət sistemində xüsusi inertial sistem istifadə olunur ki, bu da GPS mövcud olmadıqda belə uzun müddət ərzində kursdan sapmaların qarşısını alır.

"Zozulya"nın qiyməti təxminən 40.000 dollar təşkil edir. PUA artıq Ukrayna Müdafiə Nazirliyindən sertifikat alıb və Ukrayna Silahlı Qüvvələri tərəfindən aktiv şəkildə istifadəyə verilir. Şirkət indiyədək təxminən 100 ədəd bu PUA-dan istehsal edib və onlar döyüş əməliyyatlarında, işğal olunmuş ərazilərdə hədəfləri vurmaq üçün istifadə olunub.

Qeyd edək ki, bundan əvvəl Ukrayna 2000 km məsafə qət edə və 5 tona qədər yük daşıya bilən yeni sualtı pilotsuz uçan aparatı TOLOKA-nı da təqdim edib. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
3
icma.az

4Mənbələr