AZ

Hakim vəzifəsi üçün test imtahanı keçirilir

Hakim

Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davam etdirilir.

Reyting.az
xəbər verir ki, sentyabrın 21-də hakimliyə namizədlərlə Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilir.

Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırırlar. İmtahanın nəticələri hər bir namizədə sualları cavablandırdıqdan dərhal sonra elan olunacaq.

İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanan hakimliyə namizədlər müsabiqənin növbəti - yazılı imtahan mərhələsinə buraxılacaqlar.
Seçilən
7
22
reyting.az

10Mənbələr