AZ

Paşinyan: Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik

Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə sülhün bərqərar olduğunu vurğulayıb.

"Report" xəbər verir ki, Paşinyan bunu ölkəsinin Müstəqillik Günü münasibətilə sosial media hesabında etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, blokada, müharibə, iqtisadi tənəzzül və mühacirət xalqın sözügedən arzusunun reallığa çevrilməsinə imkan verməyib.

"8 avqust 2025-ci ildə sülhün bərqərar olması ilə bu arzu yenidən Ermənistan Respublikasını bürüdü və bizim borcumuz onu reallığa çevirmək oldu", - o qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət Birgə Bəyannamə imzalayıblar. Sənədin bəndlərindən biri regional kommunikasiyaların açılması çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") işə salınması ilə bağlıdır.

Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətnini paraflayıblar.

Seçilən
18
3
qaziler.az

4Mənbələr