AZ

BYD avtomobili yeni sürət rekordu müəyyənləşdirdi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

BYD şirkətinin "Yangwang U9 Xtreme" elektrik hiperkarı yeni sürət rekordu müəyyənləşdirib.

Oxu.Az championat.com-a istinadla xəbər verir ki, alman pilot Mark Bassenqin idarə etdiyi "Yangwang U9" 496,22 km/saat sürətinə çataraq bu naliyyəti əldə edib.

Yeni sürət rekordu Almaniyanın Papenburq trasında qeydə alınıb. Bu, avtomobillər üçün rekord göstərici sayılır.

Qeyd edək ki, daha əvvəl ən sürətli avtomobili "Bugatti Chiron Sport 300+" hesab edilirdi. O, 2019-cu ildə saatda 490 km sürət yığmışdı.

"Yangwang U9" elektrik avtomobili əvvəllər "Alfa Romeo", "Audi" və "Lamborghini" şirkətlərində çalışmış Volfqanq Egger tərəfindən yaradılıb. Avtomobil ilk dəfə 2023-cü ildə təqdim edilib və onun seriyalı istehsalına 2024-cü ildə başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
2
oxu.az

3Mənbələr