AZ

Azərbaycan kikboksçularından Avropa çempionatında 21 MEDAL

Sentyabrın 12-21-də İtaliyanın Lido Jesolo şəhərində kikboksinqin WAKO versiyası üzrə gənclər, yeniyetmələr və kadetlər arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası yüksək nəticə göstərib.

İdman.biz xəbər verir ki, ümumilikdə milli komanda 5 qızıl, 6 gümüş və 10 bürünc medal qazanaraq bu mötəbər yarışda iştirak edən 41 ölkə arasında 14-cü pilləyə yüksəlib.

Hakimlər kollegiyasının üzvü, respublika və beynəlxalq dərəcəli hakim Səbinə Qiyasova, beynəlxalq A kateqoriyanı qazanmaqdan əlavə olaraq yarışın ən yaxşı rinq qadın hakimi seçilib.

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Mammadov milli komandanın bütün üzvlərini, məşqçilər heyətini, hakimləri qazanılmış uğurlara görə təbrik edib.

Bununla yanaşı, o, federasiyanın fəxri prezidenti Adil Əliyevə və kikboksinq idman növünün inkişafında əvəzsiz rolu olan federasiya prezidenti Orxan Əliyevə, hər bir yarışda federasiyaya dəstək olan Gənclər və İdman Nazirliyinə hərtərəfli dəstəyə görə minnətdarlığını bildirib.

İdman.biz

Seçilən
41
12
idman.biz

10Mənbələr