AZ

Biləsuvarda qəza – Sürücü ürək tutmasından öldü

Biləsuvarda avtomobil idarə edən sürücü qəfil ürək tutmasından dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Mirzəyev Mirzə Xıdır oğlu idarə etdiyi minik avtomobilində halı qəfildən pisləşib. Nəticədə maşın idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Sürücü hadisə yerində dünyasını dəyişib. İlkin ehtimallara görə, o, ürək tutmasından vəfat edib. Mərhumun meyiti ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
67
2
bizim.media

10Mənbələr