AZ

Qəzada xəsarət alan şəxs 23 gün sonra öldü

Gədəbəydə iki nəfərin ölümü ilə nəticələn ağır qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, iki minik maşının toqquşması zamanı ağır xəsarət alan VAZ 2104 sürücü 44 yaşlı R.Həsənəliyev Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə avqustun 29 da Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində baş verib.
Belə ki hərəkətdə olan “Niva” markalı avtomobil ilə “VAZ 2104” markalı minik maşınları toqquşub. Qəza zamanı “VAZ 2104” markalı maşının sürücüsü rayonun Maarif kənd sakinləri 44 yaşlı R. Bağırova və 3 yaşlı U. Həsənov hadisə yerində həyatlarını itiriblər. Xəsarət alanlar, "VAZ-2104" markalı avtomobilin sürücü 44 yaşlı R. Həsənəliyev və “NİVA” markalı avtomobilin sürücü 19 yaşlı R. Şirinov olub.

Xəsarət alanlardan R. Həsənəliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Tural Əhmədov

 

Seçilən
40
8
unikal.az

9Mənbələr