AZ

Suriya Prezidenti ilk dəfə ABŞ-a getdi

Suriyanın Prezidenti son 60 ilə yaxın müddətdə ilk dəfə olaraq ABŞ-a rəsmi səfər edib.
Dövlət başçısı Əhməd əş-Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Vaşinqtona gəlib.

Bizim.Media xəbər verir ki, Syria TV-nin məlumatına görə, prezidentlə birlikdə dörd nazir də ABŞ paytaxtına yollanıb.
 

Məlumata əsasən, bu səfər Suriya ilə ABŞ arasında diplomatik münasibətlərin bərpası baxımından mühüm imkanlar açacaq.


Həmçinin Vaşinqtonda Suriya səfirliyinin rəsmi şəkildə fəaliyyətə başlaması məsələsinin də gündəmdə olduğu vurğulanır.

Qeyd edək ki, bu səfər Suriya ilə ABŞ arasında münasibətlərin gələcək perspektivləri baxımından diqqətlə izlənilir və regiondakı siyasi proseslərə təsir göstərə biləcək əhəmiyyətli hadisə kimi qiymətləndirilir.

Bizim.Media

Seçilən
14
29
bizim.media

10Mənbələr