AZ

NASA 6 min ekzoplanet kəşfini təsdiqləyib

BAKI, TurkicWorld, Fərid Mikayılov

NASA Günəş sistemindən kənarda təsdiqlənmiş ekzoplanetlərin sayının 6 minə çatdığını açıqlayıb. Bu göstərici, 1990-cı illərdən sürətlə inkişaf edən ekzoplanet araşdırmalarında indiyə qədər qeydə alınan ən yüksək hədd kimi tarixə düşüb.

1992-ci ildə ilk dəfə bir pulsarın ətrafında iki planet aşkar edilmiş, 1995-ci ildə isə əsas sıra ulduzu ətrafında ilk ekzoplanet tapılmışdı. Sonrakı illərdə Kepler və TESS missiyaları ilə kəşflərin sayı sürətlə artdı. 2015-ci ildə Kepler-in mininci ekzoplaneti təsdiqlənmiş, 2016-cı ildə isə təkcə bir ildə təxminən 1500 yeni planet kəşf edilmişdi. 2022-ci ilin martında rəqəm 5 minə çatmışdı, 2025-ci ilin sentyabrına isə 6 min ekzoplanet qeydə alındı.

Aşkar edilən ekzoplanetlər Günəş sistemindəki planetlərdən tamamilə fərqli xüsusiyyətlərə sahibdir.

Ekzoplanetlərin əksəriyyəti “keçiş üsulu” ilə — planetin ulduzunun önündən keçməsi zamanı işıq azalmasının ölçülməsi ilə aşkarlanır. Bu metodla təxminən 4 min 500 kəşf edilib.
Radial sürət üsulu ilə ulduzların hərəkətindəki yüngül dəyişikliklər izlənərək 1140 planet müəyyən olunub. Birbaşa müşahidə ilə isə hələlik 100-dən az ekzoplanet görüntülənib.

TESS hələ də minlərlə namizəd planeti müəyyənləşdirir.

Nancy Grace Roman Teleskopu (2027) mikromercekləmə üsulu ilə minlərlə yeni planet aşkarlayacaq.

ESA-nın PLATO missiyası (2026) Günəşə bənzər ulduzların ətrafında qayalı planetlər axtaracaq.

Habitable Worlds Observatory hazırda təklif mərhələsindədir və yaşanabilən zonadakı dünyaları araşdırmağı hədəfləyir.

Çinin Earth 2.0 teleskopu (2028) dörd il ərzində Yerə bənzər planetlər axtaracaq.

Alimlər vurğulayıb ki, növbəti mərhələ Yerə bənzər ekzoplanetlərdə bioloji həyat izlərini — bioişarələri araşdırmaqdır. James Webb Kosmik Teleskopu artıq ilk nəticələri ilə bu hədəfə doğru addımlayır.

Seçilən
38
turkic.world

1Mənbələr