AZ

Lamin Yamal "Qızıl top" mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq

"Barselona"nın və İspaniya millisinin 18 yaşlı hücumçusu Lamin Yamal "Qızıl top" mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq.

Onu müşayiət edənlərin əksəriyyəti qohumları olacaq.

Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçiriləcək tədbirdə futbolçunun ailəsi və qohumları ilə yanaşı, reklam sponsoru da təmsil olunacaq. "Qızıl top" mükafatını qazanacağı təqdirdə, futbolçunun Parisdə özəl məclis təşkil etməyi planlaşdırdığı bildirilib.

Qeyd edək ki, "Qızıl top"un təqdimetmə mərasimi sentyabrın 22-də keçiriləcək.

Seçilən
10
2
news365.az

3Mənbələr