AZ

“Williams”ı təbrik etmək istəyirəm” — Rassell Azərbaycan Qran-prisində ikinci yer haqqında

Formula-1-in britaniyalı pilotu, “Mercedes” komandasının üzvü Corc Rassell özünün sabiq komandası olan “Williams”ı Azərbaycan Qran-prisindəki uğur münasibətilə təbrik edib. “Williams”ın pilotu Karlos Sainz Bakıda podiuma yüksəlib.

“Karlosu və “Williams” komandasını bu əla nəticə münasibətilə təbrik etmək istəyirəm. Bizim üçün də bu, çox yaxşı nəticədir — podiuma qayıtdığım üçün xoşbəxtəm. Açığı, həftəsonu mənim üçün asan keçmədi, amma maşın mükəmməl işləyirdi. Andrea Kimi də dördüncü oldu, buna görə çox şadam. Doğrusunu desəm, finişdə dama-dama bayrağı görmək məni çox sevindirdi. Şükür ki, bu gün özümü cümə və şənbə günlərindən daha yaxşı hiss edirəm, amma yenə də sadəcə istirahət etmək istəyirəm. Bununla belə, nəticədən çox razıyam. Biz “Ferrari”ni Konstruktorlar Kubokunda geridə qoymaq istəyirik və bu gün bu istiqamətdə böyük addım atdıq”, — Rassell yarışdan sonra bildirib.

Səbuhi MƏMMƏDOV

XQ

Seçilən
20
1
xalqqazeti.az

2Mənbələr