AZ

3 min illik qızıl bilərziyi oğurlayıb, qəpik quruşa satdılar

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qahirədəki Misir Muzeyindən firon Amenemopet məxsus 3000 illik qızıl bilərzik oğurlanıb.

Axar.az xəbər verir ki, bu barədə Misir mətbuatı məlumat yayıb.

Məlumata görə, qiymətli artefakt Romada keçiriləcək beynəlxalq sərgiyə hazırlıq zamanı muzeyin bərpa laboratoriyasından yoxa çıxıb.

Oğrular 600 qramlı bilərziyi cəmi 3700 dollara satıblar. Onu alan şəxs isə 4000 dollara poladəritmə zavodunda işləyən bir nəfərə satıb, o da bilərziyi əridib.

Misir polisi dörd nəfər şübhəlini saxlayıb. Onlar törətdikləri əməli etiraf ediblər.

Bununla da 3 min illkik qiymətli tarixi əsər yoxa çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
axar.az

2Mənbələr