AZ

Pezeşkian ABŞ-yə GEDƏCƏK

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 80-cı sessiyasında iştirak etmək üçün sentyabrın 23-də Nyu-Yorka uçacaq.
 
Modern.az-ın məlumatına görə, bu barədə İslam Respublikasının Prezidenti administrasiyasının siyasi məsələlər üzrə müavini Mehdi Sanayi bildirib.
 
"Prezident 23 sentyabr, çərşənbə axşamı Nyu-Yorka yola düşəcək və çərşənbə günü səhər Birləşmiş Millətlər Təşkilatında çıxış edəcək", - o, "X" sosial şəbəkəsində yazıb.
 
Sanayinin sözlərinə görə, Pezeşkianın digər dövlət başçıları və BMT-nin Baş katibi Antoniu Quterreş ilə görüşləri də planlaşdırılır.
 
BMT Baş Assambleyası sessiyasında yüksək səviyyəli həftə çərçivəsində ümumi siyasi müzakirələr 23-27 sentyabr, həmçinin 29 sentyabr tarixlərində keçiriləcək.
Seçilən
19
9
moderator.az

10Mənbələr