AZ

Gədəbəydə qardaşla bacını avtomobil vurdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gədəbəydə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Niva" markalı minik maşını yolu keçmək istəyən V.Qəhrəmanlını və onun bacısı G.Qəhrəmanlını vurub. Onlar dərhal xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
24
19
oxu.az

10Mənbələr