Tərtər rayonunun Şırxarx qəsəbə sakini, 2007-ci il təvəllüdlü Fərid Qasımzadə döyülüb və Gəncə şəhərində yol kənarına atılıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən gəncə ilkin tibbi yardım göstərilib.
İlkin məlumatlara görə, F. Qasımzadə tanımadığı şəxs və ya şəxslər tərəfindən döyülüb.